29 Eylül 2018 Cumartesi

4 Mart


Elşad Əhədov  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlmişdir. Orta məktəbi burada oxumuş, Naxçıvanski adına Hərbi litseyə daxil olmuşdur. Sonra Ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbinin tələbəsi olmuşdur. 1989-cu ildə Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilir.
Döyüşlərdə iştirakı
Vətənə dönən Elşad əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərir. Erməni işğalçılarının hücumu zamanı Füzulidə, Aşağı Veysəllidə, Şişqayada və digər döyüş bölgələrində vuruşmuşdur. Son döyüşü Ağdaş yüksəkliyi uğrunda olur, 11 dekabr 1993-cü il Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə o, mərdliklə həlak olur.
Ailəsi
Ailəli idi.İki uşağı yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Təzə Alvadı kəndində dəfn edilmişdir.
Təzə Alvadı kənd orta məktəbi və parkı qəhrəmanın adını daşıyır.


4 İyun


Əkbərov Rövşən Telman oğlu — Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant.
Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.
1972-ci ildə 42 nömrəli orta məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olmuşdur. 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Sonra isə Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olur.
1986-cı ildə təyinatla Zaqafqaziya Hərbi Dairəsi Komandanlığının sərəncamına göndərilir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilir.
1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. 1993-1995-ci illərdə "N" saylı hərbi hissədə bölük komandiri olmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir. General-leytenant rütbəsinə qədər yüksələn Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olmuşdur. Rövşən Əkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə rəhbərlik etdiyi birqadası ilə xüsusi şücayət və qəhramanlıqlar göstərmişdir.
2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Şəmkir korpusunun komandiri təyin olunub
Ailəlidir, dörd övladı var.
Mükafatları
Azərbaycanın ərazi bütovlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə 2 dəfə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Əkbərov Rövşən Telman oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
·         14.12.1993 — Описание: Flag of Azerbaijan.svg "Azərbaycan Bayrağı" ordeni
·         05.10.1994 — Описание: Flag of Azerbaijan.svg Azərbaycanın Milli Qəhrəmanı
·         04.04.1995 — Описание: Flag of Azerbaijan.svg "Azərbaycan Bayrağı" ordeni
·         24.06.2003 — Описание: Flag of Azerbaijan.svg "Vətən uğrunda" medalı
·         25.06.2011 — Описание: Flag of Azerbaijan.svg 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni


4 İyul


Həyatı
Həsənov Tabil Qasım oğlu 4 iyul 1960-cı il Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmişdir.1980-cı ildə hərbi xidmətə çağırılmışdır. Daha sonra o Xocalının Kosalar kəndində rabitə şöbəsində işləməyə başlayır.
Qırxqız qartalı
1991-ci il 15 dekabr erməni millətçi qəsbkarları Cəmilli kəndinə dörd tərəfdən hücuma keçir əlacsız qalan kənd əhalisi ümidlə kömək gözləyirdi el bu vaxt Tabil sinə gərərək düşmənə əks hücum edir erməni murdarlarının ordusu pərən pərən olur və faşistlər geri çəkilir. Bu qələbədən sonra ona el arasında "Qırxız qartalı" deyə səslənirdilər. Erməni işğalçıları sonra yenidən Meşəli kəndinə hücum etmişdilər Tabil yenidən hücum edərək bu kəndi də azad edə bildi düşmənin canlı qüvvəsi məhv edildi. 1992-ci il 29 mart erməni qəsbkarlarıKosalara yenidən hücum etdilər saatlarla davam edən döyüşdə 53 erməni faşisti öldürüldü onların 12-ni "Qırxız qartalı" Tabil öldürmüşdü. Lakin bu onun son döyüşü oldu o bu döyüşdə qəhrəmancasına həlak oldu.
Ailəsi
Ailəli idi. Üç övladı yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Həsənov Tabil Qasım oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Xocalı rayonunun Kosalar kəndində dəfn edilmişdir.


4 Aprel


Rəfael Sərafət oğlu Həbibov  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Rəfael Şərafət oğlu Həbibov 1964-cü il aprel ayının 4-də Əli Bayramlı şəhərində anadan olmuşdur. Rəfael təhsil illərində özünü bacarıqlı bir şagird kimi göstərmiş, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazanmışdır.
Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytinant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iıtirakçısı olubdur.
Respublikamızın ərazi ütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərilir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılır. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s. kəndlər uğrunda gedən gərgin döyüşlərdə iştirak edir. Bu kəndlərin çoxu erməni quduzlarından azad edilir. R.Həbibov Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. Mühasirəyə düşən kəşfiyyatçıları xilas edərkən dümənlə qarşı-qarşıya çıxır və düşmənin PDM-24 maşınının heyəti ilə birlikdə məhv edir.
1992-ci il iyulun 6-da çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini gətirmək üçün yoldaşları ilə yola düşür. Döyüşdə aldığı yaradan 1992-ci il iyulun 7-də gözlərini əbədi yumur.
Azərbaycan Respublikası Prezidentinin 1994-ci il avqustunda verilən fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Rəfael Şərafət oğlu Həbibova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Vaxtı ilə oxuduğu 14 saylı orta məktəb indi onun adını daşıyır...


4 Oktyabr


Nofəl Zahid oğlu Quliyev 4 oktyabr 1963-cü ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmişdir. 1982-1983-cü illərdə orduda xidmət etmişdir. Xidmətdən sonra 1984-cü ildən 1990-cı ilə kimi Tumen şəhərində işləmişdir. 1990-cı ilin dekabr ayında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək üçün DİN xüsusi təyinatlı milis dəstəsinə daxil olmuşdur.
Nofəl Zahid oğlu Quliyev az bir vaxtda Füzulidə, Goranboyda, Daglıq Qarabağda Ermənistan silahlı qüvvələri ilə mübarizədə fəqlənmişdir. Hər döyüşdə ən çətin mövqe seçər, düşmən üzərinə şığıyardı. Dostlarına nümunə olmağa çalışar, düşmənə amansız zərbələr vurardı. 1991-ci il iyul ayının 15-də ermənilər güclü qüvvə və texnika ilə Todan kəndinə hücuma keçdilər. Dinc sakinləri döyüş zonasından çıxarmaq lazım idi. Nofəl Quliyev kənd sakinlərini yağış kimi yağan güllələrin altından çıxarıb təhlükəsiz yerə aparırdı. Yorulsa da köməyə ehtiyac olduğundan yenə geri döndü. Bu vaxt düşmən tutduğu mövqedən irəliləmişdi. Nofəl burada da misilsiz qəhrəmanlıq göstərərək kənddə qalan köməksiz adamlaın xilası uğrunda düşmənlə ölümdirim mübarizəsinə girdi. Neçə-neçə adamı ölümün pəncəsindən qurtardı və həmin döyüşdə onun üçün son anlar oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şüucaətə görə Nofəl Zahid oğlu Quliyevə Azərbaycan Milli Qəhrəmanı adı verilmişdir.
Vaxtı ilə təhsil aldığı Əli Bayramlı şəhər 9 saylı orta məktəbə onun adı verilmişdir və məktəbin həyətində büstü qoyulmuşdur.


4 Avqust


Ağayev Fərhad İslam oğlu 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Ələmbəyli kəndində anadan olmuşdur. 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirmişdir. 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır. O, 1994-cü il 24 yanvar-da cəbhəyə yola düşür. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. O, 1995-ci il martın 13-də Dövlətimizin müdafiə olunması uğrunda ağır güllə yarası alır və martın 15-də aldığı güllə yarasından həlak olur. 
Subay idi. 
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Ağayev Fərhad İslam oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. 
Sabirabad rayonundakı Şəhidlər Xiyabanında dəfn edilmişdir. Təhsil aldığı orta məktəb onun adını daşıyır. Büstü qoyulmuşdur.

3 May


Mirabov Rəşad Akif oğlu — Azərbaycanın Milli Qəhrəmanı.
Həyatı
Rəşad Mirabov 3 may 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1981-ci ildə 7 saylı orta məktəbə daxil olmuş, həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra Mingəçevir şəhər axşam məktəbində orta təhsilini davam etdirməklə dərzilik sənətinə yiyələnmişdir. Ordu sıralarına çağırılana qədər Mingəçevir Dövlət Dram Teatrında dərzi işləmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Tərtər cəbhəsində xidmət etmişdir. Bir müddət Tərtərdə Ermənistan işğalçılarına qarşı döyüşmüş, sonra Füzuli cəbhəsinə göndərilmişdir. Sonrakı illərdə əvvəlki hərbi hissəsində xidmətini davam etdirmişdir.
1995-ci il Mart hadisələri zamanı həlak olmuşdur.
Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Subay idi.
Mingəçevir şəhər 7 saylı orta məktəbin qarşısında və Şəhidlər muzeyində büstü qoyulub.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mirabov Rəşad Akif oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.




2 Dekabr


Yusif Əliyev  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmişdir.
Yusif Əliyev 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşli, Erkəçkəndləri tərəfdən basqınlar edirdilər. Lakin 24 fevralda Mənəşli kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşdülər. 1991-ci il 14 sentyabrda düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına başa gəlir.
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.
Qobustan qəsəbəsindəki 195 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.
Ailəli idi.

Ənvər Talış oğlu Arazov  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

1953-cü il 2 dekabrda Gəncə şəhərində anadan olmuşdu. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu.1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdı.
Döyüşlərdə iştirakı
Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharıbəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanmışdı. 1989-cu ildə Çaykəndinalınması uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Gəncədə Milli Müdafiə Qərargahının müdirinin II müavini olub. 1992-ci ilin avqustunda Tərtərdə alay komandiri təyin olunub. Göstərdiyi sücaətlərə görə ona polkovnik rütbəsi verilib.
Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak etmişdi.1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdam rayonunun Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə girərək, mərdliklə həlak olub.
Ailəsi
Ailəli idi. Bir oğul, bir qızı yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Arazov Ənvər Talış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn olunub.