20 Eylül 2018 Perşembe

Sərhədçi milli qəhrəmanlar

Polkovnik-leytenant Atakişiyev İntiqam Vahid oğlu


Azərbaycan Respublikasının Milli Qəhrəmanı polkovnik-leytenant Atakişiyev İntiqam Vahid oğlu 7 aprel 1974-cü ildə Qəbələ rayonunda anadan olub.


1981-1991-ci illərdə Qəbələ rayonunun Tüntül kənd orta məktəbində, 1991-1992-ci illərdə isə Bakı şəhəri 61 saylı texniki peşə məktəbində oxuyub.


İntiqam Atakişiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyinin 776 saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən atıcıdan taqım komandirinin müavini vəzifəsinədək qalxıb. 


O, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin nəzdində taqım komandirləri məktəbini, 1997-ci ildə isə Türkiyə Respublikasının Jandarma Komandirləri məktəbini bitirib.


İ.Atakişiyev 1995-ci ildən 2004-cü ilədək «N» saylı hərbi hissədə taqım komandiri vəzifəsindən hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlib.


İ.Atakişiyev 1992-1994-cü illərdə Qubadlı, Laçın, Ağdam, Füzuli, Ağdərə və Tərtər bölgələrində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib.


1995-ci ilin mart ayında dövlət çevrilişi etmək istəyən qüvvələrin zərərsizləşdirilməsində şəxsi igidlik və şücaət göstərib.


İ.Atakişiyevin dövlətin qorunmasında xidmətləri yüksək qiymətləndirilib və dahi öndərimiz Heydər Əliyevin 1995-ci il 4 aprel tarixli 307 saylı Fərmanı ilə İntiqam Vahid oğlu Atakişiyev «Azərbaycanın Milli Qəhrəmanı» Fəxri adına layiq görülüb.


Polkovnik-leytenant İntiqam Atakişiyev hazırda Sərhəd Qoşunlarında xidmət edir, vətənpərvərlik, sərhədsevərlik nümunəsi göstərir.


Baş leytenant Əliyev Əmiraslan Rza oğlu

1960 - 1995
30.08.1960-cı ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Sərhəd Diviziyasının DSMB-də baş zabit vəzifəsində xidmət edib. 17.03.1995-ci ildə dövlət çevrilişinə edilən cəhdin qarşısının alınması zamanı həlak olub.

4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə «Azərbaycanın Milli Qəhrəmanı» Fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.10.1995-ci il tarixli qərarı ilə Naxçıvan Sərhəd Diviziyasının «N» saylı sərhəd zastavasına Azərbaycanın Milli Qəhrəmanı baş leytenant Əliyev Əmiraslan Rza oğlunun adı verilib.

Gizir Cəfərov Faiq Əliqulu oğlu

1974 - 1999
01.05.1974-cü ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində anadan olub. «Bakı» ƏNBM-də 3-cü bölmənin nəzarətçisi vəzifəsində xidmət edib. Dövlət çevrilişinə edilən cəhdin qarşısının alınması zamanı şəxsi şücaət və igidlik göstərib.

27 dekabr 1995-ci il tarixli 427 saylı Fərmanı ilə «Azərbaycanın Milli Qəhrəmanı» Fəxri adına layiq görülüb.

21.08.1999-cu ildə avtomobil qəzasında həlak olub.

Kursant Mansurov Bəhruz Qəhrəman oğlu

1975 - 1995
13.03.1975-ci ildə Yardımlı rayonunun Telavar kəndində anadan olub. 1993-cü ildə Bakı Ali Komandirlər Məktəbinə daxil olub. 1995-ci ilin mart ayında dövlət çevrilişinə edilən cəhdin qarşısının alınması zamanı həlak olub.

4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə «Azərbaycanın Milli Qəhrəmanı» Fəxri adına layiq görülüb.

Azərbaycan Resublikası Nazirlər Kabinetinin 02.10.1995-ci il tarixli qərarı ilə Göytəpə Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasına Azərbaycanın Milli Qəhrəmanı kursant Mansurov Bəhruz Qəhrəman oğlunun adı verilib.

Əsgər İsgəndərov Eltun Xaləddin oğlu

1990 - 2008
21.10.1990-cı ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olub. 22.10.2008-ci ildə hərbi xidmətə çağırılıb. Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində qulluq edib.

2009-cu il iyun ayının 18-də Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında dövlət sərhədinin qorunması üzrə döyüş tapşırığını yerinə yetirərkən sərhəd pozucularının atdığı qumbaranın üstünü bədəni ilə örtərək komandirlərinin və əsgər yoldaşlarının həyatını öz həyatı bahasına xilas edib.

25 iyun 2009-cü il tarixli 349 saylı Fərmanı ilə «Azərbaycanın Milli Qəhrəmanı» Fəxri adına layiq görülüb.

Mənbə: http://www.dsx.gov.az/qehremanlar

Hiç yorum yok:

Yorum Gönder