Mehdi Abbasov 1960-cı il 1
yanvar tarixində Qərbi Azərbaycanın (Ermənistan) Amasiya rayonunun Yeniyol kəndində
anadan olmuşdur. Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını
tərk edib Qazaxıstana üz tutanda Mehdinin 11 yaşı var idi. Onlar Qazaxıstanın
Tülkübas kəndinin Kulan kəndində məskunlaşmışlar. 1980-cı ildə Mehdi sənədlərini
Çimkənd Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə təqdim etmişdir. Bir ildən
sonra isə Karakanda Pedaqoji İnstitutuna daxil olur. O, 1985-ci ildə həmin ali
məktəbi bitirərək ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına
yiyələndi. O, təyinatla Tülkübas rayonunun Miçurin kəndindəki məktəbə göndərildi.
Klassik güləş üzrə idman normasını yerinə yetirən Mehdi "SSRİ idman
ustası" adını aldı. O, 1989- cu ilin noyabr ayında Qazaxıstan KP Tülkübas
Rayon Komitəsinin qərarı ilə daxili işlər orqanlarında işləməyə göndərildi.
1989-1990-cı illərdə SSRİ DİN-nin Stavropol ali kurslarının müdavimi olur,
sonra Enbəyşin Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsində xidmətini
davam etdirir. Azərbaycanın başı üzərini qara buludlar alanda Mehdi öz
soydaşlarının köməyinə gəlməyi qərara aldı. Mehdi 1991-ci il 28
iyun tarixində Azərbaycan Respublikaası DİN-nin sərəncamına
göndərildi. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə
xidmətə başladı.
Abbasov Mehdi
göstərdiyi şücaətə görə "Mixaylo" ləqəbini qazanmışdı. O 4 dəfə
DİN-nin mükafatına layiq görülmüşdür. "Mixaylo"nun son döyüşü 13
yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında qızğın
döyüşlər gedirdi, Mehdi həmişə olduğu kimi ön sırada vuruşurdu. Bu döyüşdə
snayper gülləsi onu başından ağır yaraladı. Döyüş dostu çətinliklə də olsa, onu
təklükəli zonadan çıxara bildi, lakin elə həmin gün o əbədi olaraq gözlərini
yumdu.
Azərbaycan Respublikası
prezidentinin 6 iyun 1992-ci
il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna
ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq
görülmüşdür.
Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir. İsmayıllı rayonunun
keçmiş Ruşan kəndi indi cəsur döyüşçünün şərəfinə Mehdikənd adlanır. İsmayıllı
rayonunun mərkəzi küçələrindən birinə onun adı verilmişdir.
1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdır. 1969-cu ildə burada beynəlmiləl orta məktəbə
getmişdir. 1980-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstituna imtahan verir. Üçüncü kursda oxuyarkən hərbi xidmətə
çağırılır. 1985-ci ildə ordudan tərxis olunur. 1988-ci illərdə Meydan hərəkatının iştirakçısı
olur. Erməni basqınçıları Azərbaycan torpaqlarına hücumlar etməyə başlayanda
Mübariz yenicə yaranan özünümüdafiə batalyonuna ilk yazılan könüllülərdən olur.
Döyüşlərdə iştirakı
Mübariz Ağdamda rota komandiri olaraq döyüşlərə girir. Daha
sonra isə Dovşanlı, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Xanabad,Şuşa və digər kənd və şəhərlərimiz uğrunda gedən
döyüşlərdə göstərdiyi igidliyə görə adı dilləri gəzdi. 1991-ci ildə Müdafiə Nazirliyi onaTürkiyədə hərbi təhsil almağı tövsiyə edir, lakin vətəninə
dövlətçiliyimizə, xalqına bağlı olan Mübariz döyüşməyi üstün tutur. Onun son
döyüşü 24 sentyabr 1992-ci il oldu, Abdal-Gülablı kəndini erməni faşist dəstələrindən təmizləmək
lazım idi əks hücuma keçən döyüşçülərimiz qələbə əzmi ilə irəliləyirdilər lakin
qəfil partlayan mərmi Mübarizi yerə sərdi onu döyüş zonasından uzaqlaşdırmaq
mümkün olsada həyata qaytarmaq mümkün olmur cəsur komandir gözlərini əbədi
yumur.
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Əhmədov
Mübariz Əlizadə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı"
adına layiq görülmüşdür.
Sabirabad rayonunun Qaratəpə kəndindəki Şəhidlər xiyabanında dəfn
edilmişdir. Sabirabad
rayonunda büstü qoyulmuşdu
Hiç yorum yok:
Yorum Gönder