29 Eylül 2018 Cumartesi

.1 Yanvar


Mehdi Abbasov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi
Mehdi Abbasov 1960-cı il 1 yanvar tarixində Qərbi Azərbaycanın (Ermənistan) Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib Qazaxıstana üz tutanda Mehdinin 11 yaşı var idi. Onlar Qazaxıstanın Tülkübas kəndinin Kulan kəndində məskunlaşmışlar. 1980-cı ildə Mehdi sənədlərini Çimkənd Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə təqdim etmişdir. Bir ildən sonra isə Karakanda Pedaqoji İnstitutuna daxil olur. O, 1985-ci ildə həmin ali məktəbi bitirərək ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələndi. O, təyinatla Tülkübas rayonunun Miçurin kəndindəki məktəbə göndərildi. Klassik güləş üzrə idman normasını yerinə yetirən Mehdi "SSRİ idman ustası" adını aldı. O, 1989- cu ilin noyabr ayında Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərarı ilə daxili işlər orqanlarında işləməyə göndərildi. 1989-1990-cı illərdə SSRİ DİN-nin Stavropol ali kurslarının müdavimi olur, sonra Enbəyşin Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsində xidmətini davam etdirir. Azərbaycanın başı üzərini qara buludlar alanda Mehdi öz soydaşlarının köməyinə gəlməyi qərara aldı. Mehdi 1991-ci il 28 iyun tarixində Azərbaycan Respublikaası DİN-nin sərəncamına göndərildi. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başladı.
Abbasov Mehdi göstərdiyi şücaətə görə "Mixaylo" ləqəbini qazanmışdı. O 4 dəfə DİN-nin mükafatına layiq görülmüşdür. "Mixaylo"nun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi, Mehdi həmişə olduğu kimi ön sırada vuruşurdu. Bu döyüşdə snayper gülləsi onu başından ağır yaraladı. Döyüş dostu çətinliklə də olsa, onu təklükəli zonadan çıxara bildi, lakin elə həmin gün o əbədi olaraq gözlərini yumdu.
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir. İsmayıllı rayonunun keçmiş Ruşan kəndi indi cəsur döyüşçünün şərəfinə Mehdikənd adlanır. İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə onun adı verilmişdir.
 Mübariz Əhmədov  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdır. 1969-cu ildə burada beynəlmiləl orta məktəbə getmişdir. 1980-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstituna imtahan verir. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılır. 1985-ci ildə ordudan tərxis olunur. 1988-ci illərdə Meydan hərəkatının iştirakçısı olur. Erməni basqınçıları Azərbaycan torpaqlarına hücumlar etməyə başlayanda Mübariz yenicə yaranan özünümüdafiə batalyonuna ilk yazılan könüllülərdən olur.
Döyüşlərdə iştirakı
Mübariz Ağdamda rota komandiri olaraq döyüşlərə girir. Daha sonra isə Dovşanlı, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Xanabad,Şuşa və digər kənd və şəhərlərimiz uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə adı dilləri gəzdi. 1991-ci ildə Müdafiə Nazirliyi onaTürkiyədə hərbi təhsil almağı tövsiyə edir, lakin vətəninə dövlətçiliyimizə, xalqına bağlı olan Mübariz döyüşməyi üstün tutur. Onun son döyüşü 24 sentyabr 1992-ci il oldu, Abdal-Gülablı kəndini erməni faşist dəstələrindən təmizləmək lazım idi əks hücuma keçən döyüşçülərimiz qələbə əzmi ilə irəliləyirdilər lakin qəfil partlayan mərmi Mübarizi yerə sərdi onu döyüş zonasından uzaqlaşdırmaq mümkün olsada həyata qaytarmaq mümkün olmur cəsur komandir gözlərini əbədi yumur.
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Sabirabad rayonunun Qaratəpə kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdu



Hiç yorum yok:

Yorum Gönder