29 Eylül 2018 Cumartesi

4 Avqust


Ağayev Fərhad İslam oğlu 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Ələmbəyli kəndində anadan olmuşdur. 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirmişdir. 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır. O, 1994-cü il 24 yanvar-da cəbhəyə yola düşür. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. O, 1995-ci il martın 13-də Dövlətimizin müdafiə olunması uğrunda ağır güllə yarası alır və martın 15-də aldığı güllə yarasından həlak olur. 
Subay idi. 
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Ağayev Fərhad İslam oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. 
Sabirabad rayonundakı Şəhidlər Xiyabanında dəfn edilmişdir. Təhsil aldığı orta məktəb onun adını daşıyır. Büstü qoyulmuşdur.

Hiç yorum yok:

Yorum Gönder