29 Eylül 2018 Cumartesi

4 İyun


Əkbərov Rövşən Telman oğlu — Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant.
Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.
1972-ci ildə 42 nömrəli orta məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olmuşdur. 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Sonra isə Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olur.
1986-cı ildə təyinatla Zaqafqaziya Hərbi Dairəsi Komandanlığının sərəncamına göndərilir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilir.
1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. 1993-1995-ci illərdə "N" saylı hərbi hissədə bölük komandiri olmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir. General-leytenant rütbəsinə qədər yüksələn Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olmuşdur. Rövşən Əkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə rəhbərlik etdiyi birqadası ilə xüsusi şücayət və qəhramanlıqlar göstərmişdir.
2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Şəmkir korpusunun komandiri təyin olunub
Ailəlidir, dörd övladı var.
Mükafatları
Azərbaycanın ərazi bütovlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə 2 dəfə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Əkbərov Rövşən Telman oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
·         14.12.1993 — Описание: Flag of Azerbaijan.svg "Azərbaycan Bayrağı" ordeni
·         05.10.1994 — Описание: Flag of Azerbaijan.svg Azərbaycanın Milli Qəhrəmanı
·         04.04.1995 — Описание: Flag of Azerbaijan.svg "Azərbaycan Bayrağı" ordeni
·         24.06.2003 — Описание: Flag of Azerbaijan.svg "Vətən uğrunda" medalı
·         25.06.2011 — Описание: Flag of Azerbaijan.svg 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni


Hiç yorum yok:

Yorum Gönder