10 Şubat 2022 Perşembe

Qoşqar Səxavət oğlu Ömərov‎



 Şəhid müəllim Qoşqar Səxavət oğlu Ömərov‎

Qoşqar Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olmuşdur.


2011-ci ildə Qarasu kənd orta məktəbini yüksək qiymətlərlə bitirərək 466 balla  Azərbaycan Dövlət Pedaqoji Universitetinin  riyaziyyat-informatika fakültəsinə daxil olmuşdur.


2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları ixtisası üzrə magistraturaya daxil olsa da,hərbi xidmətə yola düşmüşdür. 2016-2018-ci illərdə magistr təhsili almışdır. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq  Masazır kənd 5 nömrəli tam orta  məktəbdə  riyaziyyat müəllimi kimi  pedaqoji fəaliyyətə başlamışdır.


21 sentyabr 2020-ci ildə vətənin çağırışına qoşularaq Ordu sıralarına daxil olmuşdur. 27 sentyabrda Füzuli cəbhəsindən müharibəyə qatılmış, döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilmişdir. Bir sıra yüksəkliklər uğrunda döyüşlərdə iştirak etmişdir. Noyabrın 4-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.

Qoşqar Ömərov onu tanıyanlar,  dərs dediyi şagirdlər, gələcək nəsillər üçün örnək olacaq həyat nümunəsi qoyub getmişdir. Heç nədən qorxmayan, çəkinməyən, həyatın hər bir çətinliyinə sinə gərən, sağlam həyat, fiziki güc, intellektual cəhətdən çox əhatəli savada malik, bütün imtahanlardan yüksək nəticə qazanan, bütün yenilikləri daha tez qavrayan və tətbiq edən, öz işinə vicdanla yanaşan, Vətənini sevən, ailəyə  bağlı, yüksək əxlaqlı bir gənc idi. Şəhidlik zirvəsini fəth etməsi isə  onu xalqın gözündə  daha böyük yüksəklərə qaldırmışdır.


 "Vətən uğrunda" medalı (ölümündən sonra)

"Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

"Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder