6 Şubat 2022 Pazar

Mübariz Ağakərim oğlu İbrahimov



7 fevral 22 yaşlı Milli Qəhrəman Şəhid gizir Mübariz Ağakərim oğlu İbrahimovun doğum günüdür 🇦🇿

1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 

Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb.18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir.

Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olur. Mübarizimiz o sayda ermənini qanına qəltən etmişdi ki, nəşindən belə qorxurdular. Ermənistan onun cəsədini 141 gün saxlamışdır. İbrahimovun nəşi 6 noyabrda təhvil verilir. Qanı isə yerdə qalmadı. 44 günlük Vətən müharibəsində mübariz oğullarımız onun timsalında şəhidlərimizin qisasını aldılar. 


Mübariz İbrahimovun müqəddəs ruhu qarşısında baş əyirik!



Hiç yorum yok:

Yorum Gönder