11 Şubat 2022 Cuma

Ceyhun Natiq oğlu Abbasov


 Şəhid Ceyhun Natiq oğlu Abbasov

1986-cı il fevralın 8-də Bakı şəhərində anadan olub.

Orta təhsilini Xətai rayonunda Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

Ceyhun Abbasov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Snayper Taborunun Komandiri idi.

Ceyhun Abbasov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində baş verən Aprel döyüşlərində savaşıb. Döyüşlər zamanı fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Ceyhun Abbasov 2020-ci ilin 12-16 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində baş verən Tovuz döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun giziri olan Ceyhun Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ceyhun Abbasov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabannda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

Hiç yorum yok:

Yorum Gönder