24 Temmuz 2021 Cumartesi

Şəhid Rəsulov Sahil Sərvan oğlu





24 iyul 1999-cu ildə Goranboy rayonunun Safukürd kəndində anadan olub. Müddətdən artıq xidmət edən Sahil ikinci Qarabağ savaşında Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 10 oktyabrda Suqovuşan istiqamətində gedən döyüşlərdə tank mərmisinə tuş gələrək qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "İgidliyə görə”, "Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. 
Allah rəhmət eləsin.


Hiç yorum yok:

Yorum Gönder