29 Temmuz 2021 Perşembe

Şəhid Ağayev Mənsur Ağa oğlu



1994-cü il iyulun 29-da Hacıqabul rayon Padar qəsəbəsində anadan olmuşdur. 

Padar qəsəbə orta məktəbini bitirdikdən sonra 2012-ci ildə həqiqi hərbi xidmətə yollanılmışdır. Mansur Ağayev 2020-ci il sentyabrın 21-də yenidən müddətdən artıq hərbi xidmət etmək üçün, Cağrış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə yollanır. 

   2020-ci il sentyabrın 27-də  Azərbaycan Silahlı Qüvvələri  tərəfindən  Ermənistan  işğalı  altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması  üçün  başlanan  Vətən müharibəsi  zamanı  Fizuli, Cəbrayıl, Xocavənd rayonları uğrunda döyüşlərdə iştirak edir, Azərbaycanın  ərazi bütövlüyünün təmin edilməsi uğrunda  döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  ölümündən sonra  Azərbaycan Respublikası  Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən "Vətən uğrunda",  “Xocavəndin azad olunmasına görə” medal  ilə təltif olunmuşdur.

07-Noyabr 2020-ci il tarixdə Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.


Allah bütün şəhidlərimizə rəhmət eləsin.

#HərŞeyVətənÜçün

Hiç yorum yok:

Yorum Gönder