24 Temmuz 2021 Cumartesi

Baş leytenant Orxan Hüseynov Bəhmən oğlu

 



25 iyul 1991-ci ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində doğulub. 

Müharibə zamanı Bölük komandiri kimi hərbi xidmətini yerinə yetirib. Tərtər-Ağdərə rayonları istiqamətində döyüş yolu keçib.

27.09.2020-ci ildə Tərtər-Ağdərə rayonları istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı hərbi əməliyyatlarda düşmən tərəfindən açılan atəş, digər növ partlayışlarla-qəlpələrlə törənmiş zədələnmə nəticəsində şəhid olub. 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, “Azərbaycan bayrağı" ordeni, üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ,  24 İyun 2021-ci il Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə ” medalı ilə təltif olunub.


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder