27 Temmuz 2021 Salı

Məlik Kamran oğlu Zülfuqarov


27 iyul 2001-ci il Kürdəmir rayonunun Karrar qəsəbəsində dogulub. 2007-ci ildə Karrar qəsəbə tam orta məktəbinə gedib, 2018-ci ildə məktəbi bitirib. 3 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Azərbaycanin Böyük Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, 21 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Evin tək oğlu olan Məlikin idmana böyük həvəsi var idi. Fövqəladə Hallar Nazirliyi sistemində işləmək arzusunda olub Məlik. O, çox vətənpərvər, tərbiyəli, ailəsinə, yurduna bağlı oğul idi. Yaşının az olmağına baxmayaraq, dərin düşüncəli övlad kimi diqqəti cəlb edib, gözəl nitq qabiliyyəti ilə də seçilib.


Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə", 24 İyun 2021-ci il Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.


Böyük insanları hər zaman böyük ürəkli valideynlər dünyaya gətirir. Şəhidimizin anası ailəyə ayrılan 10 min manatı Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder