26 Temmuz 2021 Pazartesi

Şəhid Qüdrət Adişov Rahim oğlu


26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olmuşdur. Sonra ailəsi ilə birgə Bakı şəhərinin Zabrat qəsəbəsində məskunlaşmışdır. Orta məktəbi də yaşadığı qəsəbədə alan Qüdrət 2016-cı ildə Bakı Biznes Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. O, həmçinin, ASAN xidmət könüllüsü olaraq çalışırdı. "FotoMən 2" və digər layihələrdə aktiv iştirak etmişdi. Qüdrət Adışov Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesində molla obrazını canlandırmışdı.

Universiteti başa vurduqdan sonra 7 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Qüdrət Adışov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 28 sentyabr 2020-ci ildə Goranboy istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 2 oktyabr 2020-ci ildə Zabrat qəsəbəsində yerləşən Zabrat-1 qəbiristanlığında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Adışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Adışov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Adışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Adışov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.


 Təltiflər

 (15.12.2020) — "Vətən uğrunda" medalı 

 (18.12.2020) — "İgidliyə görə" meda

 (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı 

 (29.12.2020) — "Ağdamın azad olunmasına görə" medalı 

Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder