24 Temmuz 2021 Cumartesi

Şəhid Paşayevaşayev Abdulla Sultan oğlu


 

Abdulla Paşayev 1998-ci il iyulun 24-də Gəncə şəhərində anadan olub. 2004-2015-ci illərdə Gəncə şəhərində 42 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu illərdə isə Gəncə Dövlət Universitetinin (GDU) nəzdində Regional Kollecində təhsil alıb. Subay idi.

Abdulla Paşayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Abdulla Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulla Paşayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Paşayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.



Hiç yorum yok:

Yorum Gönder