27 Temmuz 2021 Salı

Şəhid Namazov Taleh Zülfəli oğlu


 

Taleh Namazov 1999-cu il iyulun 28-də Ağstafa rayonunun Düzqışlaq kəndində anadan olub. Subay idi.


Azərbaycan Ordusunun kiçik çavuşu olan Taleh Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Namazov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Düzqışlaq kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Namazov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Namazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


#QəhrəmanlarımızıTanıyaq

#QəhrəmanlarımızıUnutmayaq

Hiç yorum yok:

Yorum Gönder