21 Temmuz 2021 Çarşamba

Şəhid Hafis Cavanşir oğlu Qasımov


1998-ci il iyulun 18-də Culfa rayonunun Camaldın kəndində anadan olub.
 2004-2012-ci illərdə Camaldın kənd tam orta məktəbində, 2012-2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Hafis Qasımov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Hafis Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hafis Qasımov oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafis Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafis Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi

Allah rəhmət eləsin

 

Hiç yorum yok:

Yorum Gönder