25 Temmuz 2021 Pazar

Şəhid Rəhimov Elnur Məmmədkərim oğlu

 

 Rəhimov Elnur Məmmədkərim oğlu 25 iyul 2000-ci ildə Qəbələ rayon Mıxlıqovaq kəndində dünyaya gəlib. Orta təhsilini 2006-2017-ci illərdə Fəzail Həmidov adına Mıxlıqovaq kənd tam orta məktəbində alıb. Tam orta təhsilini bitirdikdən sonra 2018-ci ilin 26 iyulunda hərbi xidmətə yollanıb. 2020-ci ilin yanvar ayında hərbi xidməti başa vurub. 

Elnur hələ məktəb vaxtlarından vətənini, torpağını sevdiyi üçün hərbçi kimi işləməyə qərar verdiyindən yenidən hərbiyə qayıtmaq üçün müraciət edib. 2020-ci ilin yay aylarında xidmət kursunu müvəffəqiyyətlə başa vuraraq sentyabr ayında yenidən hərbi xidmətə qayıdaraq Beyləqanda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində MAXE əsgər olaraq xidmətə başlayıb. 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində Füzuli, Xocavənd, Ağdərə istiqamətində döyüşlərdə iştirak edən qəhrəman Şəhidimiz Elnur  noyabr ayının əvvəlləri Xocavənd rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.  Bir  dekabrda Qəbələ rayonu Mıxlıqovaq kənd məzarlığında dəfn olunub. 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Şəhid Rəhimov Elnur Məmmədkərim oğlu(ölümündən sonra) 

"Vətən uğrunda"  medalı və

 "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


Allah cəmi şəhidlərimizə rəhmət etsin

Hiç yorum yok:

Yorum Gönder