22 Temmuz 2021 Perşembe

Şhid Məmmədov Rəcəb

 


Məmmədov Rəcəb Xalid oğlu 22 iyul 1995-ci ildə Ucar rayonunda anadan olmuşdur. 2014-cü ildə hərbi xidmətə çağırılmışdır. II Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq cəbhəyə döyüş bölgəsinə getmişdir. Füzuli istiqamətində gedən gərgin döyüşlərdə bir neçə erməni canlı qüvvəsini məhv etmişdir. 

06.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olmuşdur.  

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Məmmədov ölümündən sonra "Vətən uğrunda", Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 

Hiç yorum yok:

Yorum Gönder