22 Temmuz 2021 Perşembe

Şəhid Fədail Nadirov Fərhad oğlu




23 İyul 1999-cu il  Qobustan rayonunun Bədəlli kəndində anadan olub. Düşmən tapdağında qalmış Vətən torpaqlarını azad etmək Fədailin uşaqlıqdan ən böyük arzusu imiş. Elə bu arzusu da onu hərbi xidmətini başa vurduqdan sonra Müddətdən Artıq Hərbi qulluqçu kimi kəşfiyyatçı olaraq hərbi qulluğa sövq edib.  Sanki Şəhid olacağını öncədən hiss ebibmiş. Əvvəl qardaşının dünyaya gələcək körpəsinə atasının adını vermək arzusunda olub. Lakin cəbhədə olarkən anasıyla danışanda körpəyə Fədail adının verilməsini xahiş edib.


2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Düşmənin çoxsaylı canlı qüvvəsini məhv edib. Fədail Nadirov oktyabrın 26-da Füzuli döyüşləri zamanı qəhrəmancasına  şəhid olub. Qobustan rayonunun Bədəlli kəndində canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub..


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", 24 İyun 2021-ci il Sərəncamına əsasən  “Cəbrayılın azad olunmasına görə ” medalları ilə təltif edildi.

Fədail Nadirov qəhrəmanlığı ilə yanaşı möhtəşəm rəqsi ilə də yadda qaldı. Qardaşının sözlərinə görə  Fədaili xidmət etdiyi hərbi hissəyə apararkən ondan Beyləqan yolunda maşını saxlamağı xahiş edib, "Cütçü"  rəqsini oynamağı çox sevən Fədail maşından enərək rəqs etməyə başlayıb. “Bəlkə də bu mənim sonuncu rəqsimdir.” deyib.  Şəkillərdən biri Fədailin həmin rəqsini əks etdirir.


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.


Hiç yorum yok:

Yorum Gönder