21 Temmuz 2021 Çarşamba

XTQ Kapitanı Nurlan Mustafayev Hamlet oğlu

 




  

22 İyul  1990-cı ildə doğulub. 1997-2005-ci illərdə Nəsimi rayonunun P. Saleh adına 159 nömrəli tam orta məкtəbində, 2005-2008-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM), 2010-2013-cü illərdə isə Almaniyada Hərbi Liseydə "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alıb.


5 il Murovda düşmənlə üz -üzə vətəninin keşiyində dayanıb.  Xidmət etdiyi müdətdə Turkiyə, Ruminya, Gurcustan və bir çox ölkələrdə  Azerbaycanı təmsil edib. Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmət edirdi.


 Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Mustafayev oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


Ailəli idi. Şəhid olduqdan 5 ay sonra Nurlan adlı oğulövladı dünyaya gəlib.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


 (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

 (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı

 (26.06.2020) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

 (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)

 (15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni

 (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı

Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Mənbə: https://www.facebook.com/groups/730470307858563/permalink/874068496832076/

Hiç yorum yok:

Yorum Gönder