24 Temmuz 2021 Cumartesi

Vüsal Allahverdiyev Novruz oğlu


 25 iyul 2002-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində dünyaya gəlib.

Orta məktəbi bitirdikdən sonra Vüsal Allahverdiyev 2020-ci ilin iyul ayının sonlarında hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Vüsal Allahverdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 18 yaşında (18 il 4 ay) şəhid olan əsgər Allahverdiyev Vətən Müharibəsinin ən gənc şəhidi oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 Dekabr 2020-ci il Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, 24 İyun 2021-ci il Sərəncamına əsasən “Cəsur döyüşçü ” medalımedalları ilə təltif olunub.

Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder