28 Eylül 2021 Salı

Yusif Azər oğlu Təmirov

 Yusif Azər oğlu Təmirov (28 sentyabr 1995; Katex, Balakən rayonu — 5 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Yusif Təmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.


Yusif Təmirov oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Katex kəndində torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Təmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Hiç yorum yok:

Yorum Gönder