20 Eylül 2021 Pazartesi

Cəlil Qəhrəman oğlu Məmmədov



Cəlil Qəhrəman oğlu Məmmədov 20 sentyabr 1999-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Quba Dövlət Sosial İqtisad Kollecinə daxil olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə yanlarına düşən minamyot mərmisi komandirini ağır yaralayıb. Cəlil komandirini ərazidən çıxararkən daha bir mərminin onun yanında partlaması nəticəsində şəhid olub. 12 noyabr 2020-ci ildə Qonaqkənd qəsəbəsində dəfn edilib. Cəlil Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.


Hiç yorum yok:

Yorum Gönder