15 Eylül 2021 Çarşamba

Şəhid Elnur Şahmurad oğlu Cabbarov



Şəhid Elnur Şahmurad oğlu Cabbarov

Elnur Cabbarov 15 sentyabr 1994-cü ildə Ağcabədidə anadan olmuşdur.

 Əslən Laçın rayonunun Qarakeçdi kəndindəndir. Kürd əsillidir.


Hərbi xidmət müddəti bitdikdən sonra Elnur Laçın rayon polis orqanında işə düzəlir, daha sonra N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətini davam etdirir.


27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsinə Elnur könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə qoşulduqdan sonra yollanır. Döyüşlərdən birində ağır yaralansa da, yenidən döyüş meydanına qayıdır. O, Füzulinin, Cəbrayılın, Hadrutun, Zəngilanın, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşur. Laçın dəhlizinin işğaldan azad edilməsi də Elnur və onun komandasına tapşırılmışdı.


Əsgər Elnur Cabbarov 5 noyabr 2020-ci ildə Şuşa döyüşlərində ağır yara almış, əvvəlcə, Hadruta, oradan Bakıya aparılmışdır. 1 həftəlik komadan sonra 12 noyabr 2020-ci ildə Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir.


Ağcabədi rayonunda dəfn olunmuşdur.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cabbarov "Qarabağ" ordeni ilə təltif edildi.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cabbarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cabbarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cabbarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

 

Hiç yorum yok:

Yorum Gönder