17 Eylül 2021 Cuma

Şəhid Elgün Rauf oğlu Kərimov



Şəhid Elgün Rauf oğlu Kərimov

17.09.1999-cu ildə Yevlax rayon Aran 1 qəsəbəsində dünyaya gəlib. 15.09.2006-cı ildə Yevlax rayon Aran qəsəbə 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. Uşaq yaşlarından İdmana xüsusi marağı olan Elgün bir çox turnirlərdə qalib kürsünün ən yüksək zirvəsində yer alıb. 2017-ci ildə Həmin məktəbdən məzun olaraq Ali məktəbə qəbul olsa da, Maddi imkan olmadığından təhsilindən imtina edərək müddətli həqiqi hərbi xidmətə gedib. Şəmkir rayon “N” saylı Hərbi Hissənin Kəşfiyyat bölüyündə xidmət edən Elgün nümunəvi əsgər olub. Hərbi xidməti başa vurdurqdan sonra müxtəlif yerlərdə çalışan Elgün Vətən müharibəsindən 1 ay əvvəl MAHHQ kimi Ordu sıralarına yazılaraq öz Kəşfiyyatçı peşəsini davam etdirib. 27.09.2020-ci ildə Azərbaycan Ordusunun əks-Hücum əməliyyatına başlama əmri gəldiyi andan kəşfiyyatçı kimi döyüşlərdə ön sralarda olan Elgün Talış kəndi və Suqovuşan qəsəbəsinin işğaldan azad olunmasında böyük qəhrəmanlıqlar göstərib16.10.2020-ci il tarixdə Suqovuşan istiqamətində yeni yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə döyüş yoldaşlarını mühasirədən çıxararaq qeyri-bərabər döyüşdə qəhrəmancasına Şəhid olub. Döyüş yoldaşlarının dediklərinə əsasən Elgün döyüşlər başlayan gündən 7 dən çox uğurlu əməliyyatda iştirak edib, son əməliyyatında qeyri-bərabər döyüşdə düşmənin 60-a yaxın canlı qüvvəsini məhv edərək , döyüş yoldaşlarını mühasirədən çıxarıb və düşmənin snayper atəşi nəticəsində Şəhadətə yüksəlib. Elgün Mərd və Qorxmaz hərbiçi idi, öz komandirinin dediklərinə əsasən hücuma keçərkən ən öndə gedərdi. Elgün Şəhid olacağını hiss etmişdi sanki, ölümündən bir gün əvvəl bu məktubu yazıb saxlamışdı: “Mən sizləri ayrı-ayrılıqda çox çox istəyirəm, başda qardaşım olmaqla. Siz mənim canlarımsınız. İnşallah Şəhid olanda, bu mesaj əlinizə keçəndə oxuyarsınız. Əgər ölsəm məni bağışlayın ki, sizi mənsiz qoydum. Bilirəm çətindi, çətin bir şeydir,  amma belə olmalıdı. Allah sizə yar olsun. Allah Amanında, haqqınızı halal edin Vətən sağ olsun!”Şəhid Elgün Kərimov 17.10.2020 ci ildə Yevlax rayon Aran Qəsəbəsində böyük izdihamla son mənzilə yola salınıb.


Hiç yorum yok:

Yorum Gönder