25 Eylül 2021 Cumartesi

Şəhid Pərvin Babayev Hüseyn oğlu


Şəhid Pərvin Babayev Hüseyn oğlu

 26 Sentyabr 2001-ci ildə Rusiya Federasiyasının Saratov şəhərində doğulub. 2008-2019-cu illərdə Sumqayıt şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb.

Pərvin Babayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Pərvin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Manqa komandiri idi. “Öldü var, döndü yoxdur ” deyərək döyüşlərə qatılırdı. Pərvin Babayev oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub. Subay idi.


TƏLTİFLƏRİ

15.12.2020— "Vətən uğrunda" medalı


 25.12.2020 — "Xocavəndin azad olunmasına görə" medalı 


25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı


24.06.2021- “Cəsur döyüşçü” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq !

 

Hiç yorum yok:

Yorum Gönder