20 Eylül 2021 Pazartesi

Rəhimov Fariz Zahir oğlu


 Rəhimov Fariz Zahir oğlu.

Fariz Rəhimov Zahir oğlu 2001-ci il 20 sentyabr tarixində Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Milliyyətcə ləzgi olan Fariz Rəhimov, 2006-cı ildə Əmirvan kənd orta məktəbində orta təhsilə başlamış və 9-cu sinfi bitirdikdən sonra, 2016-cı ildə Bakı şəhər 12 saylı Bakı Peşə Liseyinə qəbul olub və 2017-ci ildə həmin təhsil müəssisəsindən Geniş Profilli Dəzgahçı dərəcəsi ilə məzun olub.


Azərbaycan Ordusunun əsgəri olan Fariz Rəhimov 2019-cu ilin payız çağırışında hərbi xidmətə çağrılıb.


2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli,Cəbrayıl,Xocavənd, Laçın, Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Fariz Rəhimov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Əmirvan kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


#AzərbaycanQəhrəmanı 🇦🇿

#MüharibəQəhrəmanlarımızı

#TanıyaqTanıdaqUnutmayaq

Hiç yorum yok:

Yorum Gönder