14 Eylül 2021 Salı

Şəhid XTQ mənsubu kapitan Rəşad Arif oğlu Abdullayev

 




Şəhid XTQ mənsubu kapitan Rəşad Arif oğlu Abdullayev

1988-ci il sentyabrın 14-də Cəlilabad rayonunun Göytəpə (həmin dövrdə Prişib) кəndində anadan olub.

Ailədə üç bacının yeganə qardaşı olan Rəşad Abdullayev, 1995-2003-cü illərdə Göytəpə кənd tam orta məкtəbində, 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 1 oğlu (2016) və 1 qızı (2014) var.


Rəşad Abdullayev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Tanкəleyhinə Tağım Komandiri vəzifəsində çalışıb. 2011-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin təlimlərinə ezam olunmuş, 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Xüsusi Təyinatlı Qrupun Komandir müavini vəzifəsində çalışmışdır.


Rəşad Abdullayev 2016-cı ilin Aprel döyüşlərində savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli 2176 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.


Azərbaycan Ordusunun kapitanı olan Rəşad Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Rəşad Abdullayev sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder