23 Eylül 2021 Perşembe

Şəhid Quliyev Rəşad Rəşid oğlun



Şəhid Quliyev Rəşad Rəşid oğlu

Polkovnik-leytenant Quliyev Rəşad, 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur.🇦🇿

Əslən Quba rayonundandır. Atası hələ o uşaq olarkən 36 yaşında ağır xəstəlikdən vəfat edir və son vəsiyyətində Rəşadın hərbçi olmağını vəsiyyət edir. Sonradan Rəşad özü də bu sahəyə can atır. Sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verirlər və imtahanda yığdığı yüksək bala görə onu birbaşa 2-ci kursa qəbul edirlər. 

Daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirən Rəşad ön cəbhədə xidmətə başlayır. Qorxmazlığı mərdliyi ilə seçildiyi üçün döyüş yoldaşları ona “Canavar Rəşad” deyirdi və bu xüsusiyyətlərinə görə tez bir zamanda komandirlərinin etimadını qazanır. 

Xidmət etdiyi hərbi hissədə əks-kəşfiyyata rəhbərlik edən qəhrəmanımız, dəfələrlə düşmən tərəfində uğurlu kəşfiyyat əməliyyatları həyata keçırib. Hər dəfə kəşfiyyatda olduğu ərazilərdə papağını qoyub qayıdır və bu yolla düşmənə göz dağı verirdi. 


O, həm də Aprel döyüşlərində saysız qəhrəmanlıqlar göstərib. Rəşad öz əsgərləri ilə çiyin-çiyinə döyüşər və onlara hər dəfə "kimsə məndən qabağa keçməsin deyərdi".

Vətən müharibəsi başlayanda əsgərləri ilə birlikdə sevə-sevə Vətənin müdafiəsinə qalxıblar. Oktyabr ayının 6-da Vətən müharibəsinin Cəbrayıl cəbhəsində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.🇦🇿

Şəhidimiz 2-ci Fəxri Xiyabanda dəfn edilib. 


Əsgərlərindən biri kanallardan birində müsahibəsi zamanı cənab polkovniklə bağlı xoş təəsüratlarını bölüşən zaman onu bir cümlə ilə “Adam onunla ölümə gözü bağlı belə gedərdi” xatırlayıb...


Komandirdən geriyə bizlərə və Vətənə əmanət 7 yaşlı Dərya və 6 yaşlı İnci adında 2 qız övladı əmanət qaldı.... 🇦🇿


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.🇦🇿


Allah rəhmət eləsin!

 

Hiç yorum yok:

Yorum Gönder