15 Eylül 2021 Çarşamba

Şəhid Ələkbərov Rəşad İlqar oğlu



Şəhid Ələkbərov Rəşad İlqar oğlu


Ələkbərov Rəşad İlqar oğlu 1997-ci il 15 sentyabrda, Gəncə şəhərində anadan olmuşdur. Əslən Gədəbəy rayonundandır.

Gəncə şəhəri 44 saylı orta məktəbi bitirmişdir.


Anası Nailə Ələkbərova Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. “Gəncə” alayının tərkibində 1992-1993-cü illərdə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Birinci Qarabağ müharibəsi veteranıdır. Dayısı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, ehtiyatda olan zabit Faiq Ələkbərlidir 


2016-ci iyulundan 2018-ci ilin yanvarınadək Ağcabədi, Füzuli, Beyləqan rayonlarında hərbi xidmətdə olmuşdur.


Azərbaycan Ordusunun əsgəri olan Rəşad Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Şuşa işğaldan azad olduqdan sonra ordumuzun Şuşa-Laçın istiqamətində irəliləyişi zamanı noyabrın 9-da şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn edilmişdir/


Təltifləri

"Vətən uğrunda" medalı 

 "Cəsur döyüşçü" medalı 

"Şuşanın azad olunmasına görə" medalına layiq görülüb.

Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder