12 Eylül 2021 Pazar

Şəhid Siyahim Dəmirov Əlizamin oğlu



Siyahim Dəmirov Əlizamin oğlu

13 Sentyabr 1990-cıildı Beyləqan rayonunun Əlinəzərli kəndində doğulub.

 3 il yarım topçu və top komandiri kimi Azərbaycan Ordusunda xidmət edib. O, Aprel döyüşlərində Lələtəpəyə ilk bayraq sancanlardandır. Döyüşlər zamanı düşmənin canlı qüvvəsini, texnikasını, silah-sursat anbarlarını məhv edib. Onun bu bacarığını görən hərbi hissə komandiri şəhid hərbçini Xüsusi Təyinatlı Qüvvələrin hazırlandığı 6 aylıq kursa göndərib. O kəşfiyyat bölüyündə təlim aldıqdan sonra xidmətini Cəlilabadda kiçik gizir rütbəsində davam etdirib. Siyahimin peşəkarlığı sərhəd tanımayıb.

Şəhid hərbçi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik münasibətilə “Yubiley” medalı ilə təltif olunub. Siyahim Tovuz döyüşlərinin qəhrəman kəşfiyyatçısı olub. Şücaətinə görə, komandanlıq tərəfindən fəxri fərman və təşəkkürnamələr alıb.

Vətən Müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə yollanıb və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmən istehamlarının dağıdılmasında böyük xidmətləri olub. Bununla da o, Şuşanı fəth edən ilk hərbçilərdən biri kimi Azərbaycan tarixinə düşməyi bacarıb.

Eyni zamanda şəhid hərbçi Daşaltı əməliyyatı zamanı düşmənin mayor rütbəli hərbçisini məhv edib, kəşfiyyatçısını əlbəyaxa döyüş zamanı boğaraq öldürüb. Ümumilikdə isə 200-ə yaxın erməni hərbçisini məhv edib. Oktyabr ayının 29-da Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.


 

TƏLTİFLƏRİ

09.12.2020 — "Qarabağ" ordeni 


15.12.2020— "Vətən uğrunda" medalı 


24.06.202 — "Xocavəndin azad olunmasına görə" medalı 


24.06.2021 — "Kəlbəcərin azad olunmasına görə" medalı


24.06.2021 — "Qubadlının azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

 

Hiç yorum yok:

Yorum Gönder