19 Eylül 2021 Pazar

Şəhid Baladov Ruslan Allahyar oğlu



Şəhid Baladov Ruslan Allahyar oğlu

1997-ci il sentyabrın 18-də Hacıqabul şəhərində anadan olmuşdur.

2012-ci ildə Hacıqabul şəhər şəhid N.Ağayev adına 4 saylı orta məktəbi bitirən Ruslan 

sonra  Şirvan şəhər İqtisadiyyat və Humanitar Kollecini idman ixtisası üzrə bitirmişdir.

2016-cı ildə Beyləqan bölgəsində həqiqi hərbi xidmətə başlamış, Mingəçevir şəhərində sürücü-mexanik kursunda təhsil almış, hərbi ixtisası minomyot atıcısı olmuşdur.

 2020-ci il sentyabrın 27-də  Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zaman, sentyabrın 28-də Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə idarə etdiyi BMP (piyadaların döyüş maşını)  ilə düşmənin bir-neçə tankını, onlarla döyüşçüsünü məhv etmiş və şəhid olmuşdur, Azərbaycan Respublikasının ərazi bütövlüyünün  təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə  qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Baladov Ruslan Allahyar oğlu Azərbaycan Prezidenti  İlham Əliyevin  15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra  “Vətən uğrunda” medalı ilə və Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə  “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif deilmişdir.

2020-ci il oktyabrın 4-də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə el qəbristanında dəfn edilmişdir. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin !

 

Hiç yorum yok:

Yorum Gönder