23 Eylül 2021 Perşembe

Şəhid kiçik çavuşu Elşən Şəfalət oğlu Piriyev


Şəhid kiçik çavuşu Elşən Şəfalət oğlu Piriyev

Elşən Piriyev 24 sentyabr 1989-cu ildə Ağstafa rayon Kolxəlfəli kəndində anadan olmuşdu. 

1996-2007-ci illərdə R. Əkbərov adına Kolxəlfəli kənd tam orta məktəbində təhsil almışdı.

Ailəli idi. Bir qızı və bir oğlu yadigar qalıb.

E. Piriyev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2009-cu ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elşən Piriyev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Piriyev oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur. Ağstafa rayonunun Kolxəlfəli kəndində dəfn olunmuşdur.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılan, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Elşən Piriyev ölümündən sonra, Azərbaycan Prezidenti İlham Əliyevin 

15.12.2020-ci il tarixli Sərəncamına 

əsasən

"Vətən uğrunda", 18.12.2020-ci il tarixli Sərəncamına əsasən 

"Cəsur döyüşçü" 

29.12.2020-ci il tarixli Sərəncamına əsasən 

"Qubadlının azad olunmasına görə"

medalları ilə təltif edilmişdir.


  Allah rəhmət eləsin !

Hiç yorum yok:

Yorum Gönder