14 Eylül 2021 Salı

Vəlizadə Kamran Əkpər oğlu


Vəlizadə Kamran Əkpər oğlu


Ailənin tək oğul övladı Vəlizadə Kamran Əkbər oğlu 14 sentyabr 1996-cı ildə Lənkəran rayonu, Balıqçılar qəsəbəsində anadan olub. Kamran ADNSU-nun energetika fakültəsini bitirib. Azərenerji ASC-də imtahandan uğurla keçərək Bakı İstilik Elektrik Mərkəzində işə düzəlib. Lakin bu işdə cəmi 2 həftə işləyə bilib. Vətən müharibəsi başlanan zaman Səfərbərlik Xidməti tərəfindən müharibəyə cəlb olunan Kamran igidlik və mərdlik göstərərək 23.10.2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.


O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Hiç yorum yok:

Yorum Gönder