26 Eylül 2021 Pazar

Şəhid Sənan Mətləb oğlu Seyfullayev


Şəhid Sənan Mətləb oğlu Seyfullayev

1998-ci il sentyabrın 26-da Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2015-ci ildə Cəfər Cabbarlı adına qəsəbə 1 nömrəli tam orta məktəbini bitirib. 2016-cı ilin oktyabr ayında müddətli hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kəşfiyyatçı əsgər kimi xidmət edib. 2017-ci ilin aprelində ordu sıralarından tərxis olunub. 

Subay idi.

Sənan Seyfullayev Vətən müharibəsinin ilk günündən torpaqlarımızı düşmən tapdağından azad etmək üçün könüllü olaraq müharibəyə yollanıb. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad edilməsində böyük şücaət göstərib.

O, oktyabrın 30-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsi zamanı şəhid olub. 71 gün itkin kimi axtarılan Sənan Seyfullayev bu ilin yanvarın 10-da şəhid olaraq tapılıb. O, 12 yanvar 2021-ci il tarixdə doğulduğu Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Seyfullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin !

Hiç yorum yok:

Yorum Gönder