22 Eylül 2021 Çarşamba

Şəhid Ayxan Musayev Mehman oğlu


Şəhid Ayxan Musayev Mehman oğlu

22 sentyabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhər C.Cabbarlı adına 6 saylı tam orta məktəbdə almış, daha sonra Gəncə şəhər 1 saylı peşə məktəbində qaz-qaynaqçısı ixtisası üzrə təhsilini davam etdirmişdir. 


Ayxan Musayev Subaydır. Atası vəfat etmişdir. Anası və 1 bacısı var.


2018-ci ildə Musayev Ayxan müddətli hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra, ehtiyyatda olan əsgər kimi, 27 sentyabr 2020 - ci ildə başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. 1 oktyabr 2020 - ci il tarixində onurğasından və qolundan yaralanmış və hospitalda müalicə olunmuşdur. Yarası qismən sağaldıqdan sonra, Ayxan Musayev yenidən cəbhəyə yollanaraq könüllü sürətdə ön xətdə yazılmışdır. Ayxan Musayev Fizuli, Cəbrayıl, Xocavənd və Şuşa rayonları uğrunda gedən döyüşlərdə böyük şüçaət göstərmişdir. 8 noyabr 2020 - ci il tarixində Şuşa rayonu uğrunda gedən döyüşlərdə, Ayxan Musayev qəhrəmanlıq göstərmişdir, lakin ağır yaralanaraq hospitala yerləşdirilmiş və 20 günə yaxın ağır koma vəziyyətində qalmışdır. Həkimlərin səylərinə baxmayaraq 28 noyabr 2020 - ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır.


29 noyabrda böyük izdihamla Gəncə şəhər şəhidlər xiyabanında dəfn edilmişdir.


Füzuli, Cəbrayıl və Şuşa rayonların azad olunmasına görə medallara layiq görülüb.

Allah rəhmət eləsin !

Hiç yorum yok:

Yorum Gönder