14 Eylül 2021 Salı

Şəhid leytenant Ayxan Rəfail oğlu Məmmədov



1998-ci il sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Xanlıqlar kəndində anadan olub.

Azərbaycan Ordusunun leytenantı olan Ayxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayxan Məmmədov sentyabrın 30-da Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına Şəhid olub. 

Şəhidimiz Şərur rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı və 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Allah rəhmət eləsin

#Müh

Hiç yorum yok:

Yorum Gönder