17 Eylül 2021 Cuma

Şəhif Elgün Vasif oğlu Quliyevin




Şəhif Elgün Vasif oğlu  Quliyev

 

1992-ci ilin 17 sentyabr tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olub.


1998-ci ildə T.Kərimov adına Şamaxı rayonu Göylər kənd 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. Sonrakı illərdə İsmayıllı və Şəki şəhərində orta məktəb təhsilini davam etdirib. Eyni zamanda 2008-ci ildə Şəki İslam Kollecindən məzun olub.


2009-cu ildə tam orta təhsilini başa vurduqdan sonra 2010-2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində “Tarix müəllimliyi” ixtisasına yiyələnib.


2020-ci ildə müəllimlərin işə qəbul imtahanından keçərək Lerik rayonunun Sors kəndində işə qəbul olub.


Elgün Quliyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.


2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgün Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.


Elgün Quliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.


Şəhid Elgün Quliyevin son sözlərindən biri belə olmuşdur;


" Tarix müəllimi ola bilməsəm də, yəni işləyə bilməsəm də, bəlkə tarix yazdım. "

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Quliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Hiç yorum yok:

Yorum Gönder