15 Aralık 2021 Çarşamba

Aydın Həsənov


 

Aydın Həsənov 1995-ci il dekabrın 15-də Gəncə şəhərində anadan olub.2002-2011-ci illərdə Gəncə şəhərində 44 nömrəli İngilis dili Təmayüllü liseydə təhsil alıb. 2012-2015-ci illərdə isə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Liseyində təhsil alıb.

Aydın Həsənov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 


Azərbaycan Ordusunun əsgəri olan Aydın Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aydın Həsənov noyabrın 10-da Xankəndi istiqamətində şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. 


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. 


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.



Hiç yorum yok:

Yorum Gönder