10 Aralık 2021 Cuma

Mirzəhəsən Əlizadə Şahin oğlu


 

Mirzəhəsən Əlizadə Şahin oğlu

11 Dekabr 1992-ci ildə Astara rayonunun Səncərədi kəndində doğulub. Hərbçi olmaq Mirzəhəsənin uşaqlıq arzusu idi. Ona görə də orta məktəbi bitirdikdən sonra Astara Pedaqoji Kollecində “Fiziki tərbiyə və idman müəllimi” ixtisası üzrə təhslini davam etdirib. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə ordu sıralarına qayıdıb və 3 il ərzində xidmətini davam etdirib. Müddətdən artıq Hərbi xidmət hərbi qulluqçusu olub.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın işğaldan azad edilməsi uğrunda döyüşüb. Mirzəhəsən cəsurluğu, qorxmazlığı ilə ad çıxarıb, rəğbət qazanıb. Döyüş yoldaşlarını dəfələrlə xilas edib, yaralı əzgərləri döyüş meydanından çiynində daşıyaraq çıxarıb. Zəngilan uğrunda gedən döyüşlərdə ayağından yaralanıb. Lakin bu vəziyyətdə yenə döyüşə atılıb. Döyüş yoldaşları “bu vəziyyətdə döyüşmək olmaz” desələr də düşmənə qarşı intiqam hissi ilə yanan Mirzəhəsən döyüşə gedib və oktyabrın 20-də şəhidlik zirvəsinə ucalıb. Mirzəhəsənin nəşi 50 gün sonra ailəsinə təhvil verilib. Şəhid Mirzəhəsən Səncərədi kənd qəbristanlığında dəfn edilib.


 TƏLTİFLƏRİ

15.12.2021- "Vətən uğrunda" medalı 


24.06.2021- “Cəbrayılın azad olunmasına görə” medalı


24.06.2021- “Cəbrayılın azad olunmasına görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder