12 Aralık 2021 Pazar

Elvin Əlimərdanov İlham oğlu



Elvin Əlimərdanov İlham oğlu

12 Dekabr 1994-cü ildə Sumqayıtda doğulub. Orta məktəbi Gürcüstan Respublikası Bolnisi rayonun Saraclı kəndində, öz kökünün bağlı olduğu doğma yurdda bitirib, sonra isə anası ilə yenidən Sumqayıta köçüblər. Elvin ailənin yeganə övladı olub. Azərbaycan torpaqlarınmın Ermənistan işğalından azad olması uğrunda Vətən müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qoşulub. Elvin Tovuz hadisələri başlayanda hərbi komissarlığa gedərək qeydiyyatdan keçib. Əsgərlik dövründə kəşfiyyatçı-snayper olduğu üçün qeydiyyatdan keçməsinə heç bir əngəl olmur və evə qayıdıb cəbhəyə çağırılacağı günü gözləyir. Anasının göz yaşlarına, yalvarışlarına, “sən getsən mən nə edərəm, başına bir iş gəlsə yaşamaram” israrlarına Elvin “müharibəyə gedib döyüşəcəyəm” cavabını verir. Müharibəyə getməkdə israrlı idi Elvin.

Şəhidimiz BP –nin “Azfen” şirkətində işləyirdi. Oktyabrın 6-da cəbhəyə getmiş və Tərtərdə, Suqovuşan ərazisində döyüşmüdür. Oktyabın 16-da onun şəhid olduğu xəbəri eşidilib. Amma nəşi gec tapılıb, bu da ailəsində ümid yaradb ki, bəlkə də heç şəhid olmayıb, sağ tapılacaq.  Elvin şəhid olduğu əraziyə top mərmisi düşüb və oralarda toz-dumana qarışdığı üçün nəşini tapa bilmirlərmiş. 

Oktyabın 16-dan dekabrın 1-ə qədər bu axtarışları davam edib. Uzun axtarışlardan sonra Elvinin nəşi tapılmış və DNT analizindən sonra ailəsinə təhvil verdilmişdir.


 TƏLTİFLƏRİ

15.12.2920- "Vətən uğrunda” medalı


24.06.2021- “Suqovuşanın azad olunmasına görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder