11 Aralık 2021 Cumartesi

Həmid Qasımov


 

Həmid Qasımov 1994-cü il dekabrın 11-də Şərur rayonunun Qabıllı kəndində anadan olub.2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Həmid Qasımov 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-2017-ci illərdə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə Tağım Komandiri, 2017-ci ildən isə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. 2019-cu ildə Bölüyün Komandiri idi. 


Azərbaycan Ordusunun baş leytenantı olan Həmid Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmid Qasımov oktyabrın 3-də Talış istiqamətində zamanı şəhid olub. Kəngərli rayonunun Qabıllı kəndində dəfn olunub. 


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Qasımov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.


Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Qasımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Qasımov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. 


Hiç yorum yok:

Yorum Gönder