21 Aralık 2021 Salı

Ümman Əmiraslanov Namiq oğlu



Ümman Əmiraslanov Namiq oğlu

21 Dekabr 1996-cı ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində doğulub. O, bacılarının tək qardaşı idi. 2003-2014-cü illərdə Qəbələ rayonu Şəhid Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbində təhsil alıb. 2014-cü ildə həqiqi hərbi xidmət yaşı çatsa da, ayağındakı problem üzündən (ayağının altı düz olduğu üçün) xidmətə yararsız hesab edilir. Buna baxmayaraq israrları sayəsində istəyinə nail olur və xidmətə yollanır( Sumqayıt, N saylı hərbi hissə, kəşfiyyat bölüyü). 2016-cı ildə xidmətini başa vurur. Ailəsi ilə Bakıya köçsə də pandemiya səbəbi ilə yenidən Qəbələyə, kəndlərinə qayıdırlar. Qəbələdə "OBA" marketdə çalışır, idarəçi vəzifəsinə qədər yüksəlir. 14 iyul 2020-ci il tarixində general Polad Həşimovun şəhadətə yüksəlməsi xəbərindən sarsılıb könüllü olaraq orduya yazılır. Vətən müharibəsi başlayan zaman könüllü şəkildə döyüşlərə yollanıb. Yaşayış məntəqələrimizin azad edilməsində xüsusi igidlik göstərir. 2 oktyabr 2020-ci il tarixində Tərtər rayonu Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Qəbələ rayonunda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanıt olunub.


TƏLTİFLƏRİ

15.12.2020— "Vətən uğrunda" medalı


29.12.2020-“Laçının azad olunmasına görə” medalı


05.11.2021 — "Suqovuşanıin azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder