11 Aralık 2021 Cumartesi

Cavid Adıgözəlov



Cavid Adıgözəlov 1995-ci il dekabrın 11-də Şamaxı şəhərində anadan olub.


2002-2013-cü illərdə 3 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb.


Subay idi.


Cavid Adıgözəlov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.


2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.


2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Adıgözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam, Cəbrayıl, Zəngilan və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.


Cavid Adıgözəlov oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Adıgözəlov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!



Hiç yorum yok:

Yorum Gönder