25 Aralık 2021 Cumartesi

Bayramov Vaqif Dilqəm oğlu



Şəhid kapitan Bayramov Vaqif Dilqəm oğlu

1979-cu ilin 25 dekabr günündə Naftalan şəhərində anadan olub. Vaqif Bayramov ailəli idi, bir oğlu və iki qızı yadigar qalıb. Vaqif Bayramovun qardaşı Mehman Bayramov 1992-ci il 1 iyulda Qarabağ müharibəsində şəhid olub.Kapitan Vaqif Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.Aprelin 11-i isə Vaqif Bayramov doğulduğu Naftalan şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Bayramov uğrunda şəhid olduğu torpağa tapşırıldı.Vaqif Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Allah rəhmət eləsin.


Hiç yorum yok:

Yorum Gönder