10 Aralık 2021 Cuma

Əmiraslan Xeyirbəyov


 Əmiraslan Xeyirbəyov

Cənnətdəki doğum günün mübarək olsun .

Şəhidimiz Əmiraslan Xeyirbəyov 1996-cı ilin 10 dekabr Qusar rayonunun Caqarqışlaq kəndində milliyətcə ləzgi ailəsində anadan olub.


Əsgər Əmiraslan Xeyirbəyov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına Şəhid oldu.


Aprelin 9-u isə Əmiraslan Xeyirbəyov doğulduğu Qusar rayonunun Caqarqışlaq kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, Şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Xeyirbəyov uğrunda Şəhid olduğu torpağa tapşırıldı.


Əmiraslan Xeyirbəyov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Hiç yorum yok:

Yorum Gönder