22 Aralık 2021 Çarşamba

Kənan Müzəffərli Azər oğlu



Kənan Müzəffərli Azər oğlu 

22 dekabr 1995-ci ildə Gədəbəy rayonun Çalburun kəndində doğulub. 2002-2013 illərdə Çalburun kənd tam orta məktəbində təhsil alıb. 2013-cü ildə Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra 2017-2018-ci illərdə hərbi xidmətdə olub. 15 sentyabr 2019- cu ildən Gədəbəy rayonun Dəyəqarabulaq kənd tam orta məktəbində müəllim kimi çalışıb. 23 dekabr 2019-cu il bələdiyyə seçkilərindən sonra Miskinli kənd bələdiyyəsinin sədr müavini vəzifəsində işləyib. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. 27 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə şəhidlim zirvəsinə ucalıb.


 TƏLTİFLƏRİ

15.12.2020— "Vətən uğrunda" medalı


18.12.2020.-“Döyüşdə fərqlənməyə görə” medalı


25.12.2020- “Füzulinin azad olunmasına görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder