22 Aralık 2021 Çarşamba

Elnur Qafarov


 

Elnur Qafarov 1981-ci il dekabrın 21-də Siyəzən şəhərində anadan olub.

Azərbaycan Ordusunun çavuşu olan Elnur Qafarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Qafarov oktyabrın 16-da Hadrut döyüşləri zamanı şəhid olub. 


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Qafarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Qafarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. 


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Qafarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Hiç yorum yok:

Yorum Gönder