14 Aralık 2021 Salı

Sabir Hüseynov Elşən oğlu



Sabir Hüseynov Elşən oğlu

14 dekabr 1999-cu ildə Siyəzən rayon Yenikənd kəndində doğulub. 2006-cı ildə Yenikənd kənd tam orta məktəbində təhsilə başlayıb. 2017-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanıb. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətini bitirib. Hərbi xidmətdən qayıtdıqdan sonra fərdi əməklə məşğul olub. 21 sentyabr 2020-ci il tarixində SHXÇDX-nin Siyəzən bölməsi tərəfindən səfərbər edilib.

Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində gedən ağır döyüşlərdə iştirak edir, düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edib. Buna baxmayaraq daha sonra Qubadlı uğrunda gedən ağır döyüşlərdə də iştirak edir. Düşmənə sinə gərərək adını qızıl hərflərlə tarixə yazır. Qəhrəman Sabir oktyabr ayının 14-də Qubadlı istiqamətində gedən şiddətli döyüş zamanı öz həyatını təhlükəyə ataraq mühasirədə qalan əsgər yoldaşlarını maşınla çıxartmağa çalışır və düşmən gülləsinə tuş gələrək şəhid olur.


TƏLTİFLƏRİ

24.06.2021 — "Vətən uğrunda" medalı 


24.12.2020- "Cəbrayılın azad olunmasına görə" medalı


24.06.2021 — "Xocavəndin azad olunmasına görə" medalı 


24.06.2021 — "Füzulinin azad olunmasına görə" medalı 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder